BDU-nun qarşısında yaranan tələbə izdihamına aydınlıq gətirilib
- 29.09.2021, 11:19,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Xəbər verdiyimiz kimi, sentyabrın 29-dan Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılıb.
Telexeber.az xəbər verir ki, universitetlərdə tələbələrin və əməkdaşların COVID-19 pasportunun yoxlanılması prosesi qapıda xaosun yaranmasına səbəb olub. Əsasən, Bakı Dövlət Universitetinin (BDU) qarşısında baş verib.
BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva Metbuat.az-a bildirib ki, universitetdə tələbələrin sayının çoxluğu, həmçinin birinci kursların ilk dərs gününə valideynləri və yaxınları ilə gəlmələri binanın qarşısında izdihamın yaranmasına səbəb olub:
“Mühafizəçilərimizin universitet ərazisindən kənara nəzarət etməyi, demək olar ki, mümkün deyil. Amma hər bir korpusda və fakültələrdə tələbələrin vaksin pasportunun olub-olmaması fərdi qaydada yoxlanılır, sosial məsafənin gözlənilməsinə riayət edilir”.