Baş nazirdən koronavirusla bağlı YENİ QƏRAR: Noyabrın 1-dək...
- 08.10.2021, 12:23,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.
Telexeber.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti noyabrın 1-dək uzadılıb.
Qeyd edək ki, bu müddət sentyabrın 1-də başa çatmışdı.