Rusiya Qarabağda tələyə düşdü – “İran, Türkiyə, Pakistanın Qafqazda qarşıdurması başlaya bilər” / ŞƏRH

Rusiya Qarabağda tələyə düşdü – “İran, Türkiyə, Pakistanın Qafqazda qarşıdurması başlaya bilər” / ŞƏRH“Rusiya Qarabağda sürətli şəkildə sülh müqaviləsinin bağlanmasına çalışır. Çünki 3+3 formatı icra edilməyəcəyi təqdirdə (Söhbət ondan gedir ki, Ermənistan və Gürcüstan layihəyə isti yanaşmır. İrəvan Moskvadan müharibədə onu tək qoyduğu üçün küsüb, Tiflis isə Vaşinqtonun Moskvanı təkləmək planının tərkibi kimi baxır) İran, Türkiyə, Pakistan və digər güclərin Qafqazda qarşıdurması başlaya bilər”.

Telexeber.az xəbər verir ki, bu fikirləri Konkret.az-a açıqlamasında Beynəlxalq Münasibətlər üzrə şərhçi Əziz Əlibəyli səsləndirib. O bildirib ki, bu, Rusiyanın Orta Asiya planını darmadağın etməklə sərhədlərini təhlükə altına salır: “Yəni, Rusiya Əfqanıstandan sərhədlərinə doğru sızma ilə bağlı Türkiyə ilə, eləcə də Paksistanla əməkdaşlıq etməyə məcburdur. Bu halda Qafqazda yeni münaqişənin qarşısını almaqda maraqlı olmasını təmin etməyə də məcburdur” – Əlibəyli fikirlərini tamamlayıb.
Популярный ролик