“Azərbaycanın Şanlı Qələbəsinin İslam və ərəb dünyası üçün əhəmiyyəti” mövzusunda 3 dildə videoçarx hazırlandı - VİDEO

“Azərbaycanın Şanlı Qələbəsinin İslam və ərəb dünyası üçün əhəmiyyəti” mövzusunda 3 dildə videoçarx hazırlandı - VİDEO“Azərbaycanın Şanlı Qələbəsinin İslam və ərəb dünyası üçün əhəmiyyəti” mövzusunda maarifləndirici videoçarx hazırlanıb.

Telexeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyi tərəfindən 8-noyabr - Zəfər Gününün birinci ildönümü ilə əlaqədar “Azərbaycanın 44 Günlük Vətən Müharibəsindəki Şanlı Qələbəsinin İslam və Ərəb Dünyası üçün Əhəmiyyəti” mövzusunda 3 dildə (Azərbaycan, ingilis və ərəb dillərində) maarifləndirici videoçarx hazırlanıb. Səfirlikdən Telexeber.az-a bildirilib ki, videoçarxda rəsmi məlumatlara əsaslanaraq 30 ilə yaxın müddətdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan Azərbaycanın Qarabağ bölgəsi və ətraf rayonlarında dağıdılan mədəni irs nümunələri sırasında İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri vizual effektlərlə izləyicilərin diqqətinə təqdim olunur.
Daha sonra torpaqlarımız işğaldan azad edildikdən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bölgədə İslam dini abidələri ilə bağlı aparılan bərpa quruculuq işləri haqqında məlumat verilir. Videoçarxda həmçinin, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osayminin qəbul edilməsindən, və İSESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin ölkə başçısını Azərbaycanın Şanlı Qələbəsi münasibəti ilə təbrik etməsindən bəhs edilir. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməklə, eyni zamanda İslam mədəniyyətinə aid tarixi-dini abidələri də işğaldan azad etməsi videoçarxda xüsusi vurğulanır. Həmin videoçarxı təqdim edirik:


Популярный ролик