Qazaxıstanın Almatı şəhərində toqquşmalar yenidən başlayıb.
Telexeber.az xəbər verir ki, şəhərdə intensiv silah səsləri eşidilir. Aksiya iştirakçıları “Mir” telekanalının binasını ələ keçirərək, barikadalar qurublar. Həmçinin, Respublika meydanında da barrikadalar qurulub. Hərbçilərə ciddi müqavimət göstərilir. Toqquşmalar zamanı çox sayda insanın həlak olduğu deyilir. Cəsədlərin küçələrədə qaldığı deyilir. Rəsmi açıqlama yoxdur.