Məhkəmə Hafiz Məmmədovla bağlı QƏRAR VERDİ

Məhkəmə Hafiz Məmmədovla bağlı QƏRAR VERDİTanınmış iş adamı, “Bakı” futbol klubunun sabiq prezidenti Hafiz Məmmədovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Telexeber.az APA-ya istinadən xəbər verir ki, Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Hafiz Məmmədovun vəsatəti təmin edilib və o, ev dustaqlığına buraxılıb.
Hafiz Məmmədovun vəkili İsmayıl Kəngərli bildirib ki, dəymiş ziyanın bir qismi ödənilib, yerdə qalan hissəsi də ödəniləcək.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanıb. Başlanmış cinayət işi çərçivəsində Hafiz Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib. Yasamal rayon Məhkəməsinin qərarı ilə H. Məmmədovun barəsində 2 ay 15 günlük həbs-qətimkan tədbiri seçilib.
Популярный ролик