Milli Məclisdə “Müxalifət haqqında” qanunun qəbul olunması təklif edilib
- 01.02.2022, 12:28,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
"Azərbaycanda "Müxalifət haqqında" qanunun qəbul olunması vacibdir".
Telexeber.az xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında deputat Fazil Mustafa bildirib.
F. Mustafanın sözlərinə görə, bu qanunun qəbulu ilə müxalifətçilik fəaliyyətinin çərçivələri müəyyənləşəcək:
"Azərbaycanda, əslində, söyüşün, təhqirin baş alıb getməsinin əsas səbəbi müxalifətçiliyin hüdudlarının dəqiq müəyyən olunmamasıdır. Bu qanunun müzakirə olunması vacibdir. Yaxın vaxtlarda bunu etmək lazımdır ki, parlament alternativ layihələrin irəli sürülməsi, müxalifət partiyalarının daha aktiv fəaliyyət göstərməsi imkanları da genişlənsin".