Etiraz aksiyaları başladı: Putindən kömək istədilər

Etiraz aksiyaları başladı: Putindən kömək istədilərMoldovanın Qaqauz muxtariyyətində təbii qazın qiymətinin artırılmasının ləğv edilməsi tələbi ilə aksiya keçirilib.

Telexeber.az xəbər verir ki, bu barədə “Ria novosti” məlumat yayıb. Məlumata görə, aksiyada qarşıdurma baş verməyib. Lakin etirazçıların Rusiyaya müraciəti diqqət çəkib. Xalq Məclisinin deputatı Viktor Petrov məsələnin həlli ilə bağlı Rusiya prezidenti Vladimir Putindən kömək istədiyini bildirib.
“Mən artıq Rusiya prezidenti Vladimir Putinə, Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozaka, “Qazprom”un rəhbəri Aleksey Millere məktublar göndərmişəm. Əminəm ki, Rusiya bizə yardım əlini uzadacaq və təbii qaz tədarükünü artıracaq” - deyə Petrov bildirib.

Qeyd edək ki, Moldova ödənişləri etmədiyinə görə, Qazprom” təbii qazın tədarükünü dayandıra bilər. Moldova parlamenti təbii qaz böhranı ilə əlaqədar 60 gün müddətinə fövqəladə vəziyyət elan edib.
Популярный ролик