«Respublikamızda ekoloji problemlərin həll edilməsi dövlətin daim diqqət mərkəzində olmuş, ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət proqramı qəbul edilmiş, beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. »
Təbiətin qorunması, mühafizə olunması ümumxalq işidir. Hər bir vətən övladı doğma Vətənimizin hər gülünün, çiçəyinin qədrini bilməli, təbiətin nadir inciləri olub, adı "Qırmızı kitab"a düşən bitki, ağac və heyvanları qorumalı, ona qayğı ilə yanaşmalıdır.
10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbəri Ceyhun Hüseynov, ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində təbliğat və maarifləndirmə işlərinin daha da genişləndirilməsi məqsədi ilə mühüm addımlar atmış,qərarlar qəbul etmişdir.
Elə bu səbəbdəndir ki,Daşkəsən, Göygöl, Gəncə,Samux, Goranboy, Naftalan rayonlarında təbiət gənclərimiz tərəfindən sevilir və qorunur.Ən-ənəvi olaraq qeyd etdiyimiz rayonlarda müxtəlif növlərdə ağaclar əkilir.Özümüz məişət tullantılarını hara gəldi atdığımız təqdirdə,gənclərimiz Ceyhun müəllimin keçirdiyi aksiya nəticəsində, müəyyən olunmuş ərazini səliqə səhmana salıb, tullantıları təmizləyirlər.
Bu kimi işlərdə könüllü gənclərimizin əziyyəti danılmazdı,onlar təbiəti sevdiklərinə görə könüllüdürlər.Ancaq onları bu kimi xeyirxaq işlərə yönəldən Ceyhun müəllim kimi rəhbərlər könüllülərə təbiəti sevdirir,onların sayının artırılmasında əlindən gələni əsir gəlmir,çünki gələcəyimiz gənclərin əlindədir.Onları marifləndirmək, doğru yola yönəltmək,təbiəti sevdirmək üçün, savadlı insanların,rəhbərlərin rolu çox önəmlidir.