Ərdoğan koronavirusdan sağaldı
- 11.02.2022, 09:09,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Koronavirusa yoluxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sağalıb.
Telexeber.az xəbər verir ki, bu barədə həkim, professor Serkan Topaloğlu Ərdoğanın durumu ilə bağlı açıqlama verərkən bildirib.
O qeyd edib ki, son iki gündə edilən PCR testləri mənfi çıxıb: “Düşünürəm ki, prezidentimiz yaxında, hətta sabah da ənənəvi proqramına qayıdacaq”.
Qeyd edək ki, fevralın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan koronavirusa yoluxmuşdu.