“AzerGold” yeni emal zavodunu istismara verəcəyi tarixi açıqlayıb

“AzerGold” yeni emal zavodunu istismara verəcəyi tarixi açıqlayıbDaşkəsən rayonundakı “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) inşa edilən filiz emalı zavodunun 2022-ci ilin sonunda və yaxud 2023-cü ilin əvvəlində istismara verilməsi nəzərdə tutulub.

Telexeber.az bu barədə "AzerGold" QSC-yə istinadən xəbər verir.
Məlumatda həmçinin deyilir ki, səhmdar cəmiyyəti mövcud istehsalat sahələrinin inkişaf etdirilməsi, genişləndirilməsi, o cümlədən yeni mədənlərin yaradılması istiqamətində fəaliyyətini davam etdirir. Bunun üçün Göygöl rayonunun Tülallar kəndi yaxınlığındakı eyniadlı geoloji kəşfiyyat sahəsində də müvafiq işlər görülür. Bu il istismara verilməsi planlaşdırılan “Tülallar” mədənində hasil ediləcək filizlərin də yeni zavodda maksimum səmərəliliyi təmin edən çən aşındırma (CİL) metodu ilə emal edilməsi hədəflənir.

Bu arada Tülallar kəndinin sakinləri ilə xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində istifadə hüquqlarının əldə edilməsi istiqamətində növbəti görüş keçirilib. “AzerGold”un İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev Cəmiyyətin cəlb etdiyi müstəqil qiymətləndiricinin torpaq və digər əmlakların qiymətləndirilməsinə dair apardığı təhlillər barədə sakinlərə məlumat verib, prosesin məhz vətəndaşların maraqlarının qanunvericiliyin tələbələrinə uyğun qaydada nəzərə alınmaqla həyata keçiriləcəyini qeyd edib.

İlkin plana əsasən, geoloji kəşfiyyat sahəsinin əhatə dairəsinə düşən və ətrafında yerləşən fərdi yaşayış evlərinin və yarımtikililərin yerləşdiyi ərazilərdən istifadə hüququnun əldə edilməsi, növbəti mərhələdə torpaqların mövcud kateqoriyalarının dəyişdirilərək sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinat kateqoriyasına keçirilməsi nəzərdə tutulur.
“AzerGold” yeni emal zavodunu istismara verəcəyi tarixi açıqlayıb
“AzerGold” yeni emal zavodunu istismara verəcəyi tarixi açıqlayıb
“AzerGold” yeni emal zavodunu istismara verəcəyi tarixi açıqlayıb
Популярный ролик