Azadlıq mübarizəsi yenidən başlayır - İmran Xan
- 11.04.2022, 08:39,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
"Azadlıq mübarizəsi bu gün yenidən xarici rejim dəyişikliyi planına qarşı başlayır".
Telexeber.az xəbər verir ki, bunu Pakistan Milli Assambleyasında keçirilən etimad səsverməsi nəticəsində vəzifəsindən azad edilən İmran Xan qeyd edib.
Xan etimad səsverməsindən əvvəl xalqa müraciətində "rejim dəyişikliyinin ABŞ-ın bir sui-qəsdi olduğunu" iddia edib. O, sosial media hesabındakı paylaşımında Pakistanın yenidən azadlıq mübarizəsi içində olduğunu ifadə edib.
"Pakistan 1947-ci ildə müstəqil bir dövlət oldu. Ancaq azadlıq mübarizəsi bu gün xarici rejim dəyişikliyi planına qarşı yenidən başlayır. Suverenliyini və demokratiyasını müdafiə edən hər zaman ölkə xalqıdır" - Xan əlavə edib.