Oktay Şirəliyevin oğluna VƏZİFƏ VERİLDİ
- 11.04.2022, 12:35,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərsığorta” şirkətinin (Azərbaycan Dövlət Kommersiya şirkəti) rəhbərliyinə yeni təyinat olub.
Telexeber.az "APA-Economics"ə istinadən xəbər verir ki, Murad Şirəliyev “Azərsığorta”nın İdarə Heyəti Sədrinin Müşaviri təyin edilib.
Murad Şirəliyev "APA-Economics”ə açıqlamasında məlumatı təsdiqləyib.
Qeyd edək ki, Murad Şirəliyev 2000-2015-ci illərdə “Kapital Bank” ASC-nin İH-nin üzvü və sədr müavini, 2015-ci ildən 2018-ci ilə kimi isə “Azərbaycan Beynəlxalq Bankı” ASC-də İH sədrinin müavini vəzifəsində çalışıb.
Sabiq səhiyyə naziri Oktay Şirəliyevin oğludur.