Ukraynada 202 uşaq öldürülüb

Ukraynada 202 uşaq öldürülübRusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 202 uşaq ölüb, 361 uşaq güllə və qəlpə yarası alıb.

Telexeber.az xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.
Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.
Популярный ролик