Salyan rayon Sarvan kənd sakini Mahir Abdullayev özünü sosyal şəbəkənin çıxılmaz quyusuna saldı,tanıdığı hərkəsə şər-böhtan atdı. (üzür istədi)

Salyan rayon Sarvan kənd sakini Mahir Abdullayev özünü sosyal şəbəkənin çıxılmaz quyusuna saldı,tanıdığı hərkəsə şər-böhtan atdı.  (üzür istədi)
Bu günlərdə sosial şəbəkələrdə Salyan rayon Sarvan kənd sakini Mahir Abdullayevin ölkə prezidentinə videomüraciəti yayımlanmışdır.
Telexeber.az bildirir ki, Mahir Abdullayev müraciətində Salyan rayon İcra Hakimiyyəti başçısı Sevindik Hətəmov, eyni zamanda Salyan rayonunu Milli Məclisdə təmsil edən Fəzail Ağamalı barəsində əsassız narazılıq və etiraz etmişdir.
Vətəndaşın problemi onnan ibarətdir ki,2,6 hektar pay torpağını suvarmaq üçün növbəsini gözləməkdə çətinlik çəkir.Video süjüt hazırlayıb,Salyan rayon İcra Hakimiyyəti başçısı Sevindik Hətəmov haqqında olar-olmaz, şər böhtan xarakterli sözlər danışıb.Sözü gedən videoya nəzər yetirən bəzi jurnalist həmkarlarım,məsələnin mahiyyətini araşdırmadan xəbər səyfələrində paylaşım etmişlər.Hətta Salyan rayon İcra Hakimiyyətindən Telexeber.az-a bildirdilər ki,Doğruxeber.az xəbər səyfəsinə, qarşı tərəf olaraq bizə söz haqqı verilməsi üçün müraciət etsək də,zənglərimizi cavablandıran olmadı.Çoxlarından fərqli olaraq biz, Telexeber.az-a daxil olan müraciəti,şikayəti araşdırıb oxucuların diqqətinə çatdırırıq ki,oxucularda çaşqınlıq yaranmasın və hökməndir ki,qarşı tərəfin mövqeyini xəbərdə dərc edəsiniz.Artıq bu qanunları hamı bilir,bəzi zurnalistlərdə əməl etsə yaxşı olar.

Salyan rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı bizə məlumat verildi ki,Mahir Abdullayev əkin sahəsini suvarıb.Sadəcə vətəndaş tərəfindən qarışıqlıq onda olub ki, 1 hektar taxıl,1hektar pambıq,60 sot torpaqda pambıq əkən Mahir Abdullayev su növbəsində pambıq sahəsini sulayıb,mütəxəssislər bildirir ki,belə olduğu təqdirdə gərək ki, qaçanı qovalıyasan.Yəni Birinci taxılı,yoncanı ən axırda pambıq sahəsini sulamalı idi.Mahir bəyin görünür bu işlərdən anlayışı yoxdur.Məsləhət görərdik ki, əkin işində ziyan etməsin deyə mütəxəssislərə yada ki, kəndin ağsaqqallarına müraciət etsin.Yoxsa ki,işini dolaşığa salıb günahını başqalarında axtarmasın. Sağolsun Cənab Başçı ki,onun xalq üçün illərdi çəkdiyi əziyyətə pis qarşılıq verən, vidyo süjetdə yersiz çıxışı ilə əsassız şər böhtən atan Sarvan kənd sakini Mahir Abdullayevin pis əməllərinə baxmayaraq ona köməklik etdi.Vətəndaş Əkin sahəsini növbədən kənar suvardı. Nəzərə alaq ki,kür çayının səviyyəsi nəqədər aşağı düşüb,hal-hazırda su qıtlığı ilə mücadilə etdiyimiz bir zamanda Sarvan kənd sakini üçün bu problem aradan qaldırılmışdır.
Sevindik müəllimin rəhbərliyi əsnasında görülən işlər,çəkilən əziyyətlər danılmaz bir faktdır.Hər işini sakinlərin probleminin həlli əsnasında qurur ki,bu da el arasında xoş qarşılanır,alqışlanır.
Популярный ролик