Azərbaycanda korrupsiyaya görə 43 hakim intizam məsuliyyətinə cəlb edildi
- 23.04.2022, 09:46,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Korrupsiya hüquqpozmaları ilə bağlı 43 hakim intizam məsuliyyətinə cəlb edilib, 9 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 13 nəfər tutduğu vəzifədən azad olunub.
Bu barədə Telexeber.az-a Məhkəmə-Hüquq Şurasından məlumat verilib.
Bildirilib ki, qanunvericiliyin tələblərinin pozulmasına, o cümlədən insanların haqlı narazılığını doğuran hallara görə hakimlər barədə 300-dən çox intizam icraatı başlanıb, ciddi nöqsanlara yol verən 200-dək hakim müxtəlif əsaslarla məhkəmə sistemindən kənarlaşdırılıb.