Azərbaycanda bayram namazının vaxtı AÇIQLANDI
- 26.04.2022, 09:45,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycanda Ramazan bayramı namazının vaxtı açıqlanıb.
Telexeber.az-ın xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, bayram namazı Göy məscid və Əjdərbəy məscidində mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.
"Digər məscidlər də namazlarını saat 09:00 və ya 10:00-da təşkil etməkdə azaddırlar", - o qeyd edib.
Xatırladaq ki, Azərbaycanda Ramazan bayramı 2-3 may tarixlərində qeyd ediləcək.