İsrailli muzdlu döyüşçülər Ukrayna ordusuna qoşulub - Rusiyadan SƏRT İTTİHAM
- 05.05.2022, 09:17,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

“Ukraynanın Azov batalyonunda israilli muzdlu döyüşçülər var və onlar Rusiyaya qarşı mübarizə aparır”.
Telexeber.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova belə açıqlama verib. O bildirib ki, İsrailin bundan xəbərsiz olması mümkün deyil:
“Onların eşitmək istəmədiyi hadisə barədə deyəcəm. Bəlkə maraqlı gələr. Ukraynada israilli muzdlu döyüşçülər Azov silahlılarıyla çiyin-çiyinədir. Bununla bağlı özüm görüntülər izləmişəm”.
Qeyd edək ki, son günlər Rusiya və İsrail arasında diplomatik gərginlik var.