Ərdoğan təklifini etdi: “Ukraynadakı müharibə İstanbulda başa çata bilər”
- 31.05.2022, 13:23,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya Prezidenti Vladimir Putin və ukraynalı həmkarı Vladimir Zelenski BMT-nin iştirakı ilə təşkil olunacaq toplantıda iştirak edə bilər.
Telexeber.az xəbər verir ki, bu barədə Türkiyə mənbələri məlumat yayıb. Bildirilir ki, Rusiya və Ukrayna Prezidentlərini toplantıya dəvət edən Ərdoğan, toplantının İstanbulda keçirilməsini təklif edib. İddia edilir ki, Zelenski Qərbin də iştirak etdiyi masaya əyləşməyə etiraz etmir. Həmçinin Putininin də Ukraynanın bəzi güzəştlər edəcəyi təqdirdə danışıqlarda iştirak edəcəyi istisna edilmir. Ekspertlər bildirir ki, həm Rusiya, həm də Ukrayna tərəfi müharibənin masada bitəcəyini yaxşı anlayır. Xarici KİV-lərin məlumatına görə, Qərbdə hesab edirlər ki, Rusiya Ukraynada ciddi şəkildə sarsılıb və Moskvaya böyük dərs olub. Müharibənin uzanması Avropanın da təhlükəsizliyi üçün problem yarada bilər. Buna görə də, Qərbin bəzi aparıcı ölkələri müharibənin davam etməsində maraqlı deyil. Lakin bunun əksini istəyən dövlətlər də az deyil.
Qeyd edək ki, ötən gün Ərdoğan həm Putin həm də Zelenski ilə telefonda danışıb.