Ərdoğan müharibə anonsu verdi: Dünyaya yalvarmağa başladılar - “Türkləri dayandırın”
- 01.06.2022, 09:19,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyada yeni antiterror əməliyyatlarının başlayacağına dair açıqlamasından sonra Suriya sərhədində hərbi hərəkətlilik başlayıb.
Telexeber.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, türk pilotsuz uçuş aparatları və helikopterlər terrorçuların mövqelərində kəşfiyyat uçuşları həyata keçirir. Hərbi mənbələrin məlumatına görə, Türkiyə ordusu pilotsuz uçuş aparatları ilə terrorçuların həmlələrini fasiləsiz müşahidə edir. Məlumata görə, Türkiyə ordusu ilk olaraq Şanlıurfa ilə sərhəddə yerləşən Hələbin Ayn əl Ərəb bölgəsini terrorçulardan azad edəcək. Növbəti hədəf isə Tel Rifat bölgəsi olacaq. PKK/PYD qruplaşmasının liderləri isə öz xəbər platformaları vasitəsilə dünya ölkələrinə çağırış edərək, Türkiyənin dayandırılmasını istəyiblər.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Suriyada təhlükəsizlik bölgələrin yaradılması ilə bağlı yarımçıq qalan tədbirlərin yekunlaşdırılacağını bəyan etmişdi.