Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir

Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi  həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli maraqlara
əsaslanan, çoxvektorlu və praqmatik xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq
mövqeyi daha da möhkəmlənib. Müasir dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan,
Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan həm ikitərəfli münasibətlər,
həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq
əlaqələrini uğurla davam etdirir. Respublikamızın xarici siyasətinin səciyyəvi
xüsusiyyətlərindən biri bu strateji kursun müstəqillik və suverenlik prinsiplərinə
əsaslanmasıdır. Bu gün beynəlxalq və dövlətlərarası münasibətlərdə inam, etimad,
etibarlılıq başlıca amildir. Bu faktı da qeyd etməliyik ki, Azərbaycan yerləşdiyi coğrafi
məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqət və marağında olub.
Lakin tarixə qısa nəzər saldıqda bu marağın ayrı-ayrı dövrlərdə fərqliliyinin şahidi olarıq.
Müstəqilliyimizin ilk illərində ölkəmizdə xaosun, anarxiyanın özbaşınalığın mövcudluğu
Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, transmilli
şirkətlərin tərəddüdlərinə səbəb olmuşdu. Lakin ulu öndər Heydər Əliyevin xalqın təkidli
tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə yaradılan sabitlik bütün bu
tərəddüdləri aradan qaldırdı. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana inamı və
etimadı daha da artırdı. Bu proses sonrakı sazişlərin imzalanmasında özünü təsdiqlədi.
Bu günlərdə paytaxtımız Xəzər regionunun neft-qaz və enerji sektorunda ən
nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə ev sahibliyi edir. Həftə çərçivəsində
ötən gün Bakıda 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin rəsmi açılış mərasimi
baş tutdu.  Azərbaycan neftinin və qazının dünya bazarına çıxarılması nəticəsində əldə
olunan gəlir milli büdcəni bərpa etməkdə, möhkəmləndirməkdə, əhalinin yaşam
səviyyəsinin yüksəldilməsində mühüm addımlardır. Hər zaman “Neft Azərbaycanın milli
sərvətidir” devizi ilə bu önəmi vurğulayan ümummilli lider Heydər Əliyevin neft
strategiyasının başlanğıcı ilə eyni vaxta təsadüf edən Beynəlxalq Xəzər Neft və Qaz
Sərgi-konfransının keçirilməsi ənənəsi neft sənayemizin yeni mərhələdə inkişafına
dünyanın diqqətini cəlb edən əsas amil kimi mühüm rol oynayıb. İlk əvvəl Azərbaycan
bu sərgi-konfransla öz enerji potensialını dünyaya tanıtmağa çalışırdısa, bu gün strateji
tərəfdaşlığın, beynəlxalq inteqrasiyanın və enerji təhlükəsizliyinin etibarlı təminatçısı
missiyasını təqdim edir. Bu gün bütün dünyada öz sözünü demiş və etibarlılıq kimi
böyük bir amili özündə əks etdirən Azərbaycanın qazına tələbat sürətlə artır, eyni
zamanda, Azərbaycan elektrik enerjisi ixrac edən ölkədir.
Avropada təbii sərvətlərimizlə bağlı fəaliyyətimiz genişləndirilir, ölkəmizin
hasilatı və ixracı artır. Azərbaycan “Şahdəniz” qaz-kondensat yatağında tamamilə yeni
müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Bununla bərabər
Azərbaycandan başlayan Cənub Qaz Dəhlizi bu sahədə böyük fərəh hissi keçirəcəyimiz
layihələrimizdəndir və mühüm əhəmiyyət kəsb edir. Dəhliz enerji böhranının baş alıb
getdiyi bir zamanda Avropanın enerji təminatında əhəmiyyətli rola malikdir.
Azərbaycanın təşəbbüsü ilə baş tutan bu layihənin reallaşdırılması ölkəmizin gücünü bir
daha təsdiqləyir. Kəmərin çox ağır mürəkkəb relyeflərdən – hündür dağlardan, dəniz
çökəkliyindən keçməsinə baxmayaraq, boru xətti yüksək keyfiyyəti ilə standartlara tam
cavab verir. Layihənin uğurla tamamlanması istiqamətində də Azərbaycan öz üzərinə
düşən vəzifələri vaxtında və çevik şəkildə icra etdi. Ölkəmiz ixrac prosesinə başladığı
vaxtdan bu günə kimi təchizatda heç bir ləngimə baş verməyib, müqavilə şərtləri
pozulmayıb, Azərbaycan öz öhdəliklərinə sadiq qalaraq üzərinə düşəni ləyaqətlə yerinə
yetirib. Azərbaycan etibarlı tərəfdaş olaraq dünyada özünü təsdiqləyib. Məhz buna
görədir ki, bütün tərəfdaşlar Azərbaycanla əməkdaşlıqdan məmnundurlar. Həmçinin
ölkəmizdə əlverişli biznes mühiti formalaşdırılıb, investisiya imkanları genişləndirilib.

Məlumdur ki, Azərbaycanın “yaşıl enerji” potensialı da yüksəkdir, burada küləkli
və günəşli günlərin çox olması bu sahənin inkişafına əlverişli şərait yaradır. Dünyada
məşhur “ACWA Power” şirkəti tərəfindən “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının,
“Masdar” şirkəti tərəfindən isə Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi ölkəmizdə
bu istiqamətdə aparılan işlərin geniş miqyasını göstərir. Həmçinin işğaldan azad edilmiş
ərazilərimizdə də bu istiqamətdə iş aparılır. Bütün bunlar ölkəmizdə qaza qənaət
olunmasına və ixracına imkanlar yaradacaq.

Tofiq Qarayev,
Salyan rayon Kürsəngi kənd inzibati ərazi dairəsi üzrə nümayəndə
Популярный ролик