Pol Biya Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
- 07.06.2022, 16:16,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Kamerun Respublikasının Prezidenti Pol Biya Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Telexeber.az xəbər verir ki, təbrik məktubunda deyilir:
"Zati-aliləri, cənab Prezident.
Ölkənizin milli bayramı – Müstəqillik Gününün qeyd edilməsi Sizə səmimi təbriklərimi göndərmək üçün mənə xoş bir fürsət yaradır.
Təbriklə yanaşı, Sizə, Azərbaycan xalqına firavanlıq və sülh arzularımı çatdırıram.
Zati-aliləri, cənab Prezident, Sizə olan dərin, səmimi və yüksək ehtiramımı qəbul edin".