Dəvət rədd edildi: Ərdoğan güzəştə getməyəcək
- 16.06.2022, 12:34,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə NATO məsələsi ilə bağlı 3-lü toplantı keçirmək istəyən Finlandiya və İsveçin dəvətini rədd edib.
Telexeber.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb. Bildirilib ki, Türkiyə rəhbərliyi belə toplantılar təşkil etmədən əvvəl Ankaranın tələblərinin yerinə yetirilməsini irəli sürüb. Ankaradan dəvətə cavab olaraq bildirilib ki, Finlandiya və İsveç terrorizmə qarşı məsələlərdə Türkiyəni narahat edən problemlərin həlli istiqamətində qəti qərarlar qəbul etməyib.
Qeyd edək ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına veto qoyub. Prezident Rəcəb Tayyib Ərdoğan Finlandiya və İsveçi PKK terror təşkilatına dəstək verməkdə ittiham edib.