Ordumuzun əsgəri Kəlbəcərdə itkin düşdü
- 24.07.2022, 10:46,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

İyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb.
Bu barədə Telexeber.az-a Müdafiə Nazirliyindən bildirilib.
Hərbi qulluqçumuzun axtarışı istiqamətində müvafiq tədbirlər görülür. Hazırda faktla bağlı araşdırma aparılır.