Sabah Prezident İlham Əliyev və Paşinyan arasında görüş olacaq
- 30.08.2022, 14:57,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabah - avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüş keçiriləcək.
Telexeber.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel görüş öncəsi öz “Twitter”ində paylaşım edib.Görüş Brüsseldə baş tutacaq.
Şarl Mişel qeyd edib ki, dördüncü Brüssel görüşündən əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon əlaqəsi yaradıb.