Jurnalistlər Laçın şəhərinə səfər ediblər

Jurnalistlər Laçın şəhərinə səfər ediblərBir qrup kütləvi informasiya vasitələri nümayəndələrinin işğaldan azad edilmiş Laçın şəhərinə səfəri başlayıb.

Telexeber.az xəbər verir ki, səfərdə jurnalistlərlə yanaşı hərbi ekspert, laçınlı hərbi qulluqçular da iştirak edir. Səfər çərçivəsində Laçının Zabux və Sus kəndlərinə gediləcək.


Media nümayəndələri ermənilər tərəfindən yandırılaraq dağıdılan evlərə, inzibati ərazilərə baş çəkiləcək.

Həmçinin şəhərdə Azərbaycan Ordusunun yeni dislokasiya məntəqələriylə, yeni xidməti fəaliyyətə başlayan hərbi polis bölmələri və mühəndis işləriylə yaxından tanış olacaqlar.
Популярный ролик