Türkiyə Cənubi Qafqazda nəzarəti ələ keçirdi - "Putin itirir, Ərdoğan qazanır"
- 19.09.2022, 11:13,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
“Türkiyə Rusiyanın boşluğunu doldurmağa başlayıb”.
Telexeber.az xəbər verir ki, “Al Jazeera” portalının Ukrayna müharibəsinin nəticələri ilə bağlı yayımladığı məqaləsində belə deyilir. “ Rusiyanın Ukraynada itirdikləri Türkiyənin qazancıdır” başlıqlı yazıda bildirilir ki, Ukrayna məğlubiyyəti Rusiyanın təsirlərini azaldacaq.
“İstər Suriyada, istərsə də Cənubi Qafqazda Rusiyanın təsirinin azalması gözlənilir. Ankara isə bu boşluğu doldurmağa hazırlaşır”.
Müəllif qeyd edir ki, Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayaraq, Moskva ilə diplomatik əlaqələrini saxlaya bilib. Bununla yanaşı, Rəcəb Tayyib Ərdoğan Krımın Ukraynaya aid olduğunu deyərək, Kiyevə dəstək verir.
“Bu, Kremlin Ukraynada çıxılmaz vəziyyətə düşdüyü dövrdə Türkiyənin Rusiya ilə münasibətlərində üstünlük əldə etməsinin nümayişidir”.