Paşinyan Rusiya Baş nazirinin müavini ilə görüşdü

Paşinyan Rusiya Baş nazirinin müavini ilə görüşdüErmənistan Baş naziri Nikol Paşinyan Rusiya Baş nazirinin müavini Aleksey Overçukla İrəvanda görüşüb.

Telexeber.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə ikitərəfli əlaqələrin inkişafı müzakirə olunub.

Paşinyan bildirib ki, Azərbaycanla sərhəddə yaranmış gərginliyə baxmayaraq, Ermənistan Rusiya ilə əməkdaşlığın inkişafına yönəlmiş tədbirləri təxirə salmır. Baş nazir İrəvanda keçirilən birgə tədbirlərin qarşılıqlı əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə ümidini ifadə edib.
Популярный ролик