İcra Hakimiyyətinin işçisi kabinetində ölü tapıldı
- 20.09.2022, 09:08,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Saatlı rayon İcra Hakimiyyətinin əməkdaşı iş otağında ölmüş halda aşkar edilib.
Telexeber.az APA-ya istinadən xəbər verir ki, Saatlı İcra Hakimiyyətində ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi işləyən rayonun Telmankənd kənd sakini Əhəd Cavanəli oğlu Behbudovun İH-də iş otağında meyiti tapılıb.
Onun sentyabrın 16-dan telefon zənglərinə cavab vermədiyi bildirilir.
Ölümün səbəbi araşdırılır.
Faktla bağlı Saatlı prokurorluğunda araşdırma başlayıb.