Telexeber.az-ın elektron poçtuna ağıllara sığmayan informasiya daxil olub.
Cabir adlı izləyicimiz bizə yazaraq bildirir ki,Oğuz rayon Milli Parkında ağac soyqırımı gözlə görüləcək dərəcədə fəaliyət göstərir.
Lakin bu biyabırçılığı görüb susanlarda var və mənim kimi can yandıran vətəndaşlarda varki,eşitdiyimizi yox gördüyümüzü işıqlandırılmasında eləcədə aidiyyatı orqanlara çatdırılmasında müxtəlif media qurumlarından və Telexeber.az-ın rəhbərliyindən xahiş edirik.
Yaş ağacları quru adı ilə məhv edib,odun kimi satılmasında və başqa məqsədlər çərçivəsində istifadə edən şəxsləri tapıb aidiyyatı orqanlar cəzalandırsınlar.Təbiətə ziyan vurmaq,canlı ağacları,bitkiləri məhv etmək insanlığa sığmayan vəhşilikdi və buna son qoyulmalıdır.
Milli parklarımız,həmçinin meşələrimizi məhv edirlər.
Vətəndaşın müraciəti əsnasında araşdırmamız davam edir.Daha sonra geniş şəkildə diqqətinizə çatdıracağıq.
Bizi izləməyə davam edin,ardı varrr.