Hisə verilmiş balıqların istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
- 14.10.2022, 08:22,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Göygöl rayonu, Quşqara kəndində fəaliyyət göstərən “Okeanus” MMC-yə məxsus hisə verilmiş balıqların istehsalı müəssisəsində keçirilmiş planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların və istehlakçıların hüquqlarının pozulduğu aşkar edib.
AQTA-dan Telexeber.az-a verilən məlumata görə, istehsal sahəsinin sanitar vəziyyətinin qənaətbəxş olmadığı, avadanlıqların korroziyaya davamlı materialdan təşkil edilmədiyi, mal qonşuluğu qaydalarına riayət olunmadığı, istehsal olunan məhsulların etiket məlumatlarında istehsal və son istifadə tarixlərinin düzgün qeyd edilmədiyi müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib olunub, məhsulların satışa çıxarılmasının qarşısı alınaraq məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.