Binəli Yıldırım və Şamil Ayrımın son vəziyyəti AÇIQLANDI
- 21.10.2022, 10:07,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçinin son vəziyyəti açıqlanıb.
Telexeber.az xəbər verir ki, onlar Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər və mütamadi həkim nəzarəti altındadırlar.
Mərkəzi Klinik Xəstəxanasından Səhiyyə Nazirliyinə verilən məlumata görə vəziyyətləri qənaətbəxşdir. Həyatları üçün hər hansı bir təhlükə yoxdur, yaxın saatlarda onların evə yazılacağı gözlənilir.