Cuma Əhmədzadənin erməniylə biznez bağlılığı

Cuma Əhmədzadənin erməniylə biznez bağlılığı“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə və oğluna yönəlik daha bir şok iddia diqqəti cəlb edir. Belə ki, ASC sədrinin oğlu Cuma Əhmədzadə büdcədən meliorasiya və su təsərrüfatına ayrılan milyonları bir sıra saxta MMC-lər vasitəsi ilə mənimsəmə əməliyyatları zamanı erməni əsilli qohumlarının “xidməti”ndən də yararlanır. Bununla bağlı cumhuriyyet.az yerli mediada dərc olunan iddianı olduğu kimi təqdim edir: “04.aprel 2011-ci ildə qeydiyyatdan keçmiş nizamnamə kapitalı cəmi 100 manat olan “PROYEKT” Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçiləri arasında Umarov Nadir Osman oğlu və Əhmədzad Cuma Əhməd oğlu olduğu var. ASC-nin sədri Ə.Əhmədzadənin oğlunun təsisçisi olduğu MMC-yə bağlı araşdırma apararaq, aşkar etdik ki, 1955 ci il təvəllüdlü Umarov Nadir Osman oğlu Əhməd Əhmədzadənin həyat yoldaşının dayısı oğludur. Maraqlı odur ki, Nadir Umarovun həyat yoldaşı isə erməni əsilldir. O, 1989-cu ildə adını dəyişərək Fəridə olmuş Firadır. Bu Fira yoldaşı ilə eyni evə pasport qeydiyatına da düşməmişdir. Əhmədzadələr bu erməni xanımın 1988-ci il hadisələri zamanı avropaya qaçaraq sığınacaq almış bacısının da İsveçrə vətəndaşlığından istifadə edərək Avropada da bir neçə firmalar açıblar”.
Londondakı şirkətinin aktivləri daha 1 milyon funt sterlinq artıb
Bu yaxınlarda müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkələrdə Baş bankirin kürəkəninin (Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu) Cuma Əhmədzadə və Günel Rüstəmovaya aid Gyunel Limited şirkətinin aktivlərində daha bir milyon funt sterlinq artdığını bildirib. Cumhuriyyet.az olaraq həmin statusu diqqətinizə çatdırırıq: “Baş bankirin kürəkəninin (Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu) İngiltərədəki şirkətinin aktivlərində daha bir milyon funt sterlinq artım olub. Cuma Əhmədzadə və Günel Rüstəmovaya aid Gyunel Limited şirkətinin 20 fevral 2019-cu ildə reyestrə daxil edilən 2018-ci illə bağlı illik maliyyə hesabatına görə, əvvəlki illə müqayisədə aktivlərin həcmi il ərzində daha bir milyon funt sterlinq artaraq 5 miyon 498 min 955 funt sterlinqə (və ya 7 milyon 200 min dollar) çatıb. Xatırladım ki, əvvəlki ilə aid maliyyə hesabatında bu rəqəm 4 miyon 368 min 743 funt sterlinq təşki edirdi. Ümumiyyətlə son 4 ildə baş bankirin kürəkəninin Londondakı şirkətinin aktivlərində 4 dəfə artım olub.
Gyunel Limited şirkəti 2005-ci ilin 28 aprelində Londonda qeydiyyatdan keçib və 5438890 saylı lisenziya nömrəsi alıb (Qeydiyyat ünvanı: Basement 32 Woodstock Grove, London, Uk, W12 8LE)”.
Популярный ролик