Türkiyədən İNANILMAZ CAVAB: Amerikalı generalın güc nümayiş etdirdiyi ərazi vuruldu
- 21.11.2022, 17:50,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Türkiyə ordusunun İraqın şimalında və Suriyada həyata keçirdiyi “Pəncə-Qılınc” hava əməliyyatının bəzi təfərrüatları məlum olub.
Telexeber.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, Diyarbəkirdən havaya qalxan F-16 təyyarələrinin ilk hədəfi Suriyanın Haseke vilayətində yerləşən Teqil Beqil kəndindəki terror düşərgəsi olub. Məlumata görə bir müddət əvvəl ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) generalı Maykl Kurillan həmin ərazidə olub. Terrorçular və amerikalı hərbçilər birgə təlimlər keçərək, Türkiyəyə güc nümayiş etdirmişdilər.
Türkiyə sərhədindən 4 kilometr məsafədə yerləşən terrorçulara məxsus silah anbarları, tunellər məhv edilib.
