Rəşad Nəbiyev Şirvanda vətəndaş qəbulu keçirəcək
- 30.11.2022, 09:19,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Hacıqabul, Salyan, Neftçala rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edəcək.
Telexeber.az nazirliyə istinadən xəbər verir ki, qəbul dekabrın 7-də, saat 10:00-da Şirvan şəhərindəki Gənclər Mərkəzində (ünvan: Naxçıvan küçəsi 1B) keçiriləcək.
Nazir nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya-radio yayımı və poçt xidmətləri sahələrində əhalinin problemlərini dinləyəcək.
Qəbula yazılmaq üçün dekabrın 6-na qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu (
[email protected]), 010 2504848 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.