Telexeber.az-a daxil olan informasiyaya əsasən qeyd edə bilərik ki,Xaçmaz RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov daim xalqın yanındadır.Xəbərin başlığı Xaçmaz rayon sakinlərinin müraciəti əsnasında,onların istəyi nəzərə alınaraq dərc edilib.
Sakinlərin bizə olan müraciətlərində bildirilir ki,cinayətkarlığa qarşı mübarizə sahəsində, hüquq qaydalarının və qanunun aliliyinin qorunması işində Həmid Həsənovun önəmli xidmətləri, uğurları olub.Xaçmaz Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun kəndlərində yerləşən orta məktəbdlərdə “Narkomaniyaya yox deyək!” mövzusunda dəfələrlə maarifləndirici tədbirlər keçirilib.
RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov şagirdlərə müasir dövrümüzdə gənclər arasında ən çox yayılan bəlalardan olan narkomaniyanın fəsadlarından danışıb. O, bildirib ki, narkomaniyanın gənc nəslin arasında asan yayılmasının ən başlıca səbəbi onların bu maddələr haqqında yetərincə məlumatlı olmamalarından irəli gəlir. Çünki ilk dəfə bu maddədən istifadə edən şəxslər bir müddətdən sonra onun aludəçisinə çevriləcəyini dərk etmir, vaxt keçdikdə isə onlarda bu maddələrə qarşı təlabat və aslılıq yaranır. Ona görə də yeniyetmə və gənclər pis vərdişlərdən daim uzaq durmalı, bu yola düçar olmuş şəxslərdən kənar gəzməli, ali təhsil ocaqlarının tələbəsi olmaq üçün əzmlə çalışmalısınız.
Xaçmaz sakinləri hər zaman, istər I Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində ön cəbhədə və arxa cəbhədə çox fəallıq göstərmişlər.
I Qarabağ müharibəsində, 2016-cı ilin Aprel döyüşlərində, İyul savaşlarında, o cümlədən Vətən müharibəsində də bir çox qardaşlarımız şəhidlik zirvəsinə yüksəlmişdir.Xaçmaz rayonunda şəhid ailələri ilə yanaşı Vətən Müharibəsi qaziləri də daim diqqət mərkəzində saxlanılır. Xaçmaz rayon polis şöbəsinin rəisi, istər şəhid ailələri istərsə də qazilərə öz qayğısını göstərir. Hər biri ilə ayrı-ayrılıqda görüşən Həmid müəllim onlarla tez-tez əlaqə saxlayaraq söhbət edir, problemləri ilə yaxından maraqlanır, maddi, mənəvi durumlarını öyrənir, köməklik göstərir. Polis sıralarına şəhid ailələrinin yaxın qohumlarının qoşulması üçün öz dəstəyini əsirgəmir.
Atalar yaxşı deyiblər ki, görünən dağa bələdçi lazım deyil. Həqiqətən də Xaçmaz rayon polis şöbəsinin rəisi, polis polkovniki Həmid Həsənovun gördüyü işləri sadalamaqla bitmir. Biz də "Telexeber.az" müstəqil xəbər portalı olaraq Həmid müəllimə və kollektivinə bütün işlərində uğurlar arzu edirik. Allah sizin kimi dövlət keşikçilərini daim qorusun.