Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Telexeber.az xəbər verir ki, görüşdə Türkiyənin Baş Qərargah rəisi Yaşar Güler, Quru Qoşunları komandanı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı Atilla Gülan, Hərbi Dəniz Qüvvələri komandanı Ercüment Tatlıoğlu, eləcə də Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı və digər rəsmilər iştirak edib.
General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf etdiyini qeyd edib və bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Qardaş ölkəyə səfərindən məmnunluğunu ifadə edən H.Akar göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında maraq doğuran mövzulara dair fikir mübadiləsi aparılıb.