Serbiya Prezidenti Azərbaycana səfərindən yazdı
- 22.12.2022, 09:33,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Serbiya Prezidenti Aleksandar Vuçiç feysbuk səhifəsində Azərbaycana səfəri ilə bağlı paylaşım edib.
Telexeber.az xəbər verir ki, o, paylaşımda Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
"Qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və Serbiya ilə səmimi dostluğa görə Azərbaycan xalqına təşəkkür edirəm. Mən hər dəfə Bakıya gələndə çox böyük və inanılmaz tərəqqi görürəm ki, bu da Prezident İlham Əliyevin rəhbərliyinin gücünün göstəricisidir. Biz Azərbaycanın səmimi dostları olaraq buna sevinirik", - o qeyd edib.