Naxçıvana yeni təyinat alan Fuad Nəcəfli: "Mən xalqdan biriyəm" - VİDEO

Naxçıvana yeni təyinat alan Fuad Nəcəfli: "Mən xalqdan biriyəm" - VİDEONaxçıvana yeni təyin edilmiş Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli Real TV-yə açıqlama verib.

Telexeber.az xəbər verir ki, Prezidentin tapşırıq və tövsiyələri geniş mövzuları əhatə edir, bunları qısa zamanda həll etmək çətindir: "Prezidentimizin tapşırıq və tövsiyələri geniş mövzuları əhatə edir. Bunları qısa müddətdə həll etmək çətindir. Bütün bunların əsasında xalqla yaxından işləmək, bu günə qədər olan problemləri kökündən həll etmək durur".


O bildirib ki, Məclis öz yerində qalır, qanunvericilik aktları qəbul ediləcək və müzakirələr olacaq: "Məclis qanunverici orqan, Xüsusi nümayəndəlik isə icra orqanı kimi fəaliyyət göstərəcək".

Nəcəfli həmçinin Naxçıvanda axşam gəzintisi zamanı əhali ilə görüşündən danışıb: "Planlaşdırılan bir şey deyildi, axşam gəzintisinə çıxmışdım. Əhali yaxınlaşdı, danışdıq. Mən xalqdan biriyəm, özümü belə hesab edirəm. Bu adi bir gəzinti idi. Xalqın istəkləri nədirsə, müsbət və ədalətli şəkildə həlli tələb olunur. Bu da olacaq".
Популярный ролик