"Günəş Tədris Mərkəzi" qanunsuz fəaliyyəti ilə göz çıxardır,rəhbərliyin səs yazısı paylaşıldı.

"Günəş Tədris Mərkəzi" qanunsuz fəaliyyəti ilə göz çıxardır,rəhbərliyin səs yazısı paylaşıldı.
13.12.2022 ci il tarixində,3 yaşlı övladının təhsili üçün, Günəş Tədris Mərkəzinin Binəqədi rayon Gənclər şəhərciyi bina 4 ünvanında yerləşən filialına müraciət edən valideyin, övladının tam erkən yaşlarından,tədricən savada,biliyə yiyələnməsini istəyib.
Həfdədə 5 gün olmaqla,aylığı 60 manata başa gələn hazırlıq-tərəflər arasında heçbir müqavilə bağlanmadan, valideyinin 3 yaşlı övladını qəbul edirlər.
İlk günnən hər şey yaxşı getsədə,lakin irəliləyən günlərdə şagirdin hal və vəziyyəti günü- gündən pisləşir.Təhsilin 1 həfdəsi tamam olmamış, valideyin səhhəti ilə bağlı övladını Qara Qarayev adına 2 saylı uşaq xəstəxanasına aparır.Həkim müayinəsindən sonra uşağın ağ ciyərlərində pnevmaniya virusu aşkarlanır.Necə olur ki,sağlam uşaq 5 günün içində bu virusa yoluxur?
Telexeber.az olaraq biz bu məsələni araşdırdıq.Araşdırmamız nəticəsində məlum oldu li,Günəş Tədris Mərkəzinin direktoru Aytən xanım pulun dərdindən xəstə və sağlam şagirdi eyni vaxta qəbul edib dərs keçir.Övladının təhsili üçün 60 manat verən valideyin,indi körpəsinin qızdırmasını 39 yarımnan aşağı sala bilmir və 300 manat iynə dərmana pul xərcləyib.Bunun səbəbkarı olan Aytən xanım, az qala valideyinin basıb gözünü çıxarsın ki,aramızda müqavilə bağlanıb 60 manatdan bir köpükdə geri qaytaran deyiləm.Ancaq, hansı müqavilə bağlanıb tərəflər arasında, Aytən xanım sübut edə bilmir.Çünki heçbir müqavilədən söhbət belə gedə bilməz,valideyin bu haqda nə marifləndirilib,nədəki hər hansı bir sənətə imza atıb.Uzun münaqişədən sonra valideyinə 50 manat pul qaytarılır,ancaq bu 50 manatın içində də,zərər çəkmiş valideyinə vaçsab vasitəsi ilə hədə qorxular gəlmək,nəlayiq ifadələr işlətməyi də Aytən xanım unutmur.Yananda valideyin,yamanda valideyin olur.Bunlar aydan arı,sudan durudular. Biri çaşar birdən bunlara zəng edə və özünü, vəzifəsini,kim olduğunu təqdim edə, bax onda qarşına elə bir adam çıxardarlar ki,tutduğun vəzifədən utanıb,qorxub özün istefa verərsən.Bütün bu yazdıqlarımız,paylaşdıqlarımız cəfəngiyat deyil.Günəş Tədris Mərkəzinin direktoru Aytən xanımın valideyinə vaçsab vasitəsi ilə atdığı səs yazısını sizlərin diqqətinə çatdırırq.
Популярный ролик