Prezident İlham Əliyev Bakıda 5 saylı DOST Mərkəzinin açılışında iştirak edib
- 28.12.2022, 12:10,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Xətai rayonunda yerləşən 5 saylı DOST Mərkəzinin açılışında iştirak edib.
Telexeber.az xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verdi.