Həyatını xalqına həsr etmiş zəhmətkeş insan.

Həyatını xalqına həsr etmiş zəhmətkeş insan.
Tanrı verən ömrü hər kəs bir cür, kimi özü üçün, kimi doğmaları və əzizləri üçün, kimi isə milləti, xalqı, vətəni və dövləti üçün yaşayır.
Məmmədov Tahir İlyas oğlu öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr etmişdir. Viktor Mari Hüqo demişdir: “Əsl insanın vəzifəsinin yarısı vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir.”
Tahir Məmmədov un keçmişinə nəzər salsaq ,vətənini sevən,xalqını sevən bir insan olduğunu özünüzdə görərsiniz.Telexeber.az araşdırma zamanı əldə etdiyi informasiyanı diqqətinizə çatdırırıq.
Beləki,Tahir Məmmədov 19 mart 1969-cu ildə Qərbi Azərbaycanda anadan olmuşdur.1977-1987-ci illərdə Hövsan qəsəbəsində orta təhsil almış,1998-2003-cü illərdə Gürcüstan Dövlət Kənd Təsərrüfatı Universitetində hüquqşünas ixtisası üzrə təhsilini bitirdikdən sonra, o,1989-cu ildən əmək fəaliyyətinə başlamışdır.Daha sonra, 18.08.1989-cu il tarixindən 28.02.1991-ci il tarixinədək Geoloji Kəşfiyyat üzrə Azərbaycan İstehsalat Birliyində , 12.07.1996-cı il tarixindən 20.04.2000-ci il tarixinədək Mexanikləşdirmə və Nəqliyyat idarəsində sürücü işləmişdir.
24.04.2000-ci il tarixindən 21.08.2000-ci il tarixinədək Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Enerji nəzarəti və satışı söbəsində 2-ci qrup nəzarətçi, 21.08.2000-ci il tarixindən 06.11.2000-ci il tarixinədək “Bakı elektrik şəbəkə” Əzizbəyov rayon şöbəsində, 06.11.2000-ci il tarixindən 16.08.2001-ci il tarixinədək “Bakı elektrik şəbəkə” Sabunçu rayon şöbəsində, 16.08.2001-ci il tarixindən 08.07.2005-cı il tarixinədək “Bakı elektrik şəbəkə” Nəsimi rayon şöbəsində nəzarətçi vəzifəsində çalışmışdır.
Həyatını xalqına həsr etmiş zəhmətkeş insan Tahir müəllim,08.07.2005-ci il tarixindən, 24.07.2006-cı il tarixinədək Bakı şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamentində dispetçer vəzifəsində,2004-cü ildən Qaraçuxur Bələdiyyəsinə üzv seçilərək, hüquq məsələləri daimi komissiyasının üzvü olmuş,2009-cu ildə yenidən Qaraçuxur Bələdiyyəsinə üzv seçilmişdir.
28.01.2010-cu il tarixindən 23.12.2014-cü il tarixinədək Qaraçuxur Bələdiyyəsinin sədri vəzifəsində və nəhayət 17 yanvar 2020-ci il tarixindən Yasamal Bələdiyyəsinin sədr vəzifəsində çalışır.Tahir Məmmədov 2003-cü ildən YAP-ın üzvüdür.
Belə bir zəhmətkeş insanın tarixçəsini araşdırmaq və oxucuların diqqətinə çatdırmaq bizim üçün də xoş oldu.
Популярный ролик