Bələdiyyə sədrinin qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib
- 16.02.2023, 09:01,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Bələdiyyə sədrinin qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Telexeber.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Cəlilabad rayon Privolnoye bələdiyyəsinin sabiq sədri Qəmbər Məmmədovun qanunsuz hərəkətləri ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
İstintaqın gedişində Qəmbər Məmmədovun vəzifədə olduğu 2015-2022-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui istifadə edərək rəsmi sənədləri saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Qəmbər Məmmədova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Cəlilabad rayon Məhkəməsinə göndərilib.