Almaniya polisi Ermənistan-Azərbaycan sərhədində patrul xidməti aparacaq
- 16.02.2023, 09:17,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Almaniya polisi Ermənistan-Azərbaycan sərhədində patrul xidməti həyata keçirəcək. Silahsız polis əməkdaşları Ermənistan tərəfdə xidmət aparacaq.
Telexeber.az APA-ya istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetindən bildirilib.
Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit bildirib ki, Aİ-nin beynəlxalq missiyasına Avropanın müxtəlif ölkələrindən olan 100 polis daxil olacaq. Onlardan maksimum 15 nəfər Almaniyadan olacaq.
Avropalı müşahidəçilərin missiyası fevralın 20-də başlayacaq.