Son 2 gündə ordumuzun şəhid olan 3 hərbçisi - Onlar kim idi?
- 06.03.2023, 12:53,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Son 2 gündə Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub.
Telexeber.az xatırladır ki, hərbi qulluqçu Hüseynov Kamran Namiz oğlu martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub. K.Hüseynov Neftçala şəhərində anadan olub. O, subay idi. Şəhid baş leytenantın cənazəsi Neftçala şəhər qəbiristanlığında Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Martın 5-də səhər saatlarında isə qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.
Əlibəyli Şəhriyar Ramiz oğlu 1994-cü ildə Qəbələ rayonunun Vəndam qəsəbəsindən anadan olub. Daha sonra ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu Badamdar qəsəbəsinə köçüblər. 2012-ci ildə 236 saylı tam orta məktəbi bitirib. Heydər Əliyev adına Hərbi İnstitutun məzunu olan baş-leytenant Ş.Əlibəyli Vətən müharibəsinin iştirakçısı olub.
Şəhriyar "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad edilməsinə görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub. Ş.Əlibəylinin nəşi II Şəhidlər xiyabanında torpağa tapşırılacaq. Ailənin təк uşağı olan zabit, subay idi.
Hüseynov Eşqin Cəmil oğlu 2001-ci ildə Tovuz rayonunda anadan olub. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. O, subay olub, ailədə bir qardaş və bir bacısı var.
Şəhid hərbçi dünyaya göz açdığı Hunanlar kəndində dəfn olunacaq.