Azərbaycanlılara Rusiya ordusuna qoşulmaq üçün bukletlər paylanılır? - DİN-dən AÇIQLAMA

Sosial şəbəkələrdə Azərbaycanda Rusiya ordusunda xidmət keçməyə səsləyən reklam bukletlərinin paylanılması barədə iddialar yayılıb.

Telexeber.az xəbər verir ki, reklam bukletlərində Rusiya ordusunun sıralarına qoşulmaq istəyənlərə yüksək sosial təminat müqabilində həmin ölkənin ordusuna qoşulmaq təklif edilir.


Məsələ ilə bağlı DİN-nin Mətbuat xidmətinin şöbə müdiri, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, DİN məsələdən məlumatlıdır və araşdırma aparılır.
Популярный ролик