1996-cı il tarixində Bakı Şəhər İcra Hakimiyyəti və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi yaradılıb.Xalqa,sakinlərə xidmət əsasında yaradılmış bu qurum işinin öhdəsindən demək olar ki,şikayətlər əsasında gəlirdi.Bir nüansıda diqqətinizə çatdırım ki,o dönəmlərdə Bakıda,Binəqədidə demək olar ki,yerli sakinlər yaşayırdı.Yəni- Binəqədi bugünkü gün kimi müxtəlif rayonlardan gəlmə qonaqlarla,insanlarla yüklü vəziyyətdə deyildi.O dönəmlərə nisbətən bugün Binəqədi rayonunda Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işi qat -qat ağırlaşsada Zamanov Elmin müəllimin rəhbərliyi ilə,prinsipial iş təcrübəsinin faydasını bu gün hərkəs görür.Prinsipial iş təcrübəsi ondan ibarətdir ki,E.Zamanov uzun illərdi ki,təsərrüfat xidmətlərində çalışır,9 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olub və iki ali təhsili var.Bugünə kimi iş həyatında təşəkkürnama olaraq qazandığı uğurların sayı hessabı yoxdur.Mən illərdi mətbuat sahəsində çalışıram və özümdə Binəqədi sakiniyəm.Yəni olub bitənləri mətbuatdan,informasiyanı sosial şəbəkədən almıram.Dəyişgənliyi,xidməti bir başa öz gözlərimlə görürəm və bəziləri kimi vijdansızlıq edib nəinsə müqavilində ağa qara deyə bilmərəm.Sosial şəbəkələrə inansaq Binəqədi demək olar ki,zibillik içindədir deyərik.Ancaq Binəqədi Mənzil-Kommunal Təsərrüfatı Birliyinin,işçi heyyətinin çəkdiyi əziyəti öz gözlərimizlə görsək düşüncəmiz 90 dərəcə dəyişəcək.İzləyicilərimizdən bəziləri deyə bilər ki,dövlətdən maış alırlar borclarıdı xidmət etmək,haqlı düşüncədir,razıyam.Bəs vətəndaş olaraq sizin borcunuz nədir,ölkəni zibilləməkmi?
Məyər yaxşı olmazmı ki,yerə zibil atanı qınayaq,bu işdən çəkinməsi üçün əlimizdən gələni edək.
Gözlərimin şahidi olmuşam ki,məişət tullantıları üçün nəzərdə tutulmuş qablar boş qaldığı halda vətəndaş zibili yerə tullayır və həmin vətəndaşın qırağa atdığ zibil qısa müddətdə zibilxanaya çevrilir.
Bu biyabırçılığıda Mənzil-Kommunal Təsərrüfatı Birliyinin zəhmətkeş işçi heyyəti dərhal aradan qaldırır.Bu əziyyəti qiymətləndirənlər yerindəcə əməkdaşlara təşəkkür edirlər.Ancaq bəzi qanmazlarla özümüz mübarizə aparmalayıq ki,bu kimi hallar təkrar-təkrar baş verməsin
Hörmətli vətəndaşlar,Azərbaycanın hər qarış yeri,hər bölgəsi bizim doğma vətinimizdi.Vətənimizi çirkləndirməyə icazə verməyin.