Azərbaycanda bütün növ pensiyalar indeksləşdirilərək artırılcaq.
Telexeber.az xəbər verir ki, bunu "Xəbər ertəsi"nə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O, gələn ildən etibarən bütün növ pensiyaların nə qədər artırılacağını detallı şəkildə açıqlayıb.
O bildirib ki, respublika üzrə orta aylıq pensiyalar da artırılacaq:
"Hazırda orta aylıq pensiya 371 manatdır, gələn il təxminən 425 manata çatdırılcaq. Yaşa görə, hazırda orta məbləği 399 manatdır, gələn il 455 manat olacaq".