Telexeber.az a daxil olan video fakta əsasən onu diyə bilərik ki,Masallı rayon Qədirli kəndində qanunsuzluq hər sahədə özünü göstərir və xalq bu biyabırçı vəziyyətdən narazıdır.Cənab Prezidentdən və aidiyyatı orqanlardan Qədirli kənt sakinləri yaşamaq üçün köməklik istəyirlər. Müraciətdə bildirilir ki,Masallı rayon Qədirli kənt sakinləri əsasən əkinçilik və maldarlıqla məşqul olur.Ancaq, qanunnan kənar fəaliyyət göstərən dövlət orqanları kənt sakinlərini lap təngə gətirib.Əkin üçün torpaq sahələrini və otlaq sahələrini bir neçə şəxsə sataraq (icarəyə verərək) qazanc əldə edirlər.Kənt əhlidə,torpağı qanunsuz sahiblənən sahibkarlarla hərgün dava dalaş edirlər.Bu mübahisədə xəsarət alanlarda olub.Ancaq nədənsə haqqını tələb edəni günahkar çıxardıb, cəzalandırıblar. Sizə təqdim edəcəyimiz video faktı rayon üzrə bir neçə aidiyyatı orqanlara göndərib xahiş etmişik ki,qanunsuzluğa son qoyulsun.Sakinlər narazıçılıq edirlər,hansı sahəyə heyvanı aparsalar yiyəsi çıxır və mübahisə başlayır.Sakinlər, qanunsuz yiyələnmiş sahibkarlardan əldə etdikləri hektarlarla torpağın sənətini tələb etdik də,nədənsə qaçırlar.Bu sənətsiz sahibkarlardan biri də,Masallı rayon Qədirli kənt orta məktəbdə ibtidai siniflərə dərs diyən Anar müəllimdir.At üstündə qoçuluq edən və yeri gələndə qarşısına çıxan insanı,heyvanı qamçılayan Anar müəllimin arxası oqədər güclüdür ki,hansı idarəyə ağız açıb köməklik istəsək hərə bir bəhanə gətirdi.Masallı rayon bələdiyyə sədri Azər müəllim məsələyə münasibət olaraq bildirdi ki,sözü gedən ərazi bizə aid deyil ! Elim və Təhsil nazirliyinə müraciət etdik,video faktı paylaşdıq hələdə məsələyə heçbir münasibət bildirməyiblər.Bizdə məcbur olub işıqlandırdıq Kiqoy bu biyabırçılığa xalq qiymət versin.Necə olur ki,təhsil işçisi müəllim at üstündə qoçuluq edib qanunsuz işlərlə məşqul olur və Elim və Təhsil nazirliyi bunu bilib heçbir tədbir görmürlər? Bu yerdə Mirzə Ələkbər Sabirin bir şeiri yadıma düşdü. Millət necə tarac olur olsun, nə işim var?! Düşmənlərə möhtac olur olsun, nə işim var?! Qoy mən tox olum, özgələr ilə nədi karim, Dünyavü cahan ac olur olsun, nə işim var?! Sözü gedən video faktı diqqətinizə çatdırıram.