Elə bir hal,vəziyyət yaranır ki,o an qanun susur mərhəmət dilə gəlir.Əlacsız halda qalan vətəndaş dövlətin mərhəmətini görəndə vətəninə,millətinə dahada çox bağlanır.
Başsız qalmış bir ailə Daxili İşlər Naziri Cənab Vilayət Eyvazov dan əlacsız vəziyyətdə köməklik istəyir.
Ata 2008 ci ildə xəstəlikdən rəhmətə gedib,Ana 2017 ci ildən 1-ci qurup əlildir.Ailənin bu vəziyyətinə baxmayaraq bacı öz savadı,biliyi sayəsində Dövlət İdarəçilik Akademiyasına qəbul olub (1ci kurs tələbəsidir).Bu keşmə keşli ağır əzablı həyatda bu cür savadlı övladlar böyüdən 1 ci qurup əlil Anannın oğlu (01.07.2004 cü il təvəllüdlü Muradlı Nihad Ramin oğlu) 01.09.2024 cü ildə Binəqədi rayon səfərbərlik və hərbi xidmətə çağırış idarəsindən hərbi xidmətə yola salındı.Hal hazırda Daxili Qoşunların hərbi sıralarında Vətənə,Xalqa xidmət etməkdədir.
Əlil Ananın,Cənab Nazirimizdən istəyi,xahişi qanunlarımıza ziddd olsada ümüdünü üzmür.Əzab əziyyətlə böyütdüyü tək oğlunun ,övladının görüşünə həfdədə bir kərə getməsə həsrətdən bəlkədə ürəyi dəyanar.Ancaq əfsuslar olsun ki,Ananın əlilliyi oğlu üçün görüşə, uzun yol getməyə imkan vermir və Cənab Nazirimizdən xahiş edir ki,Tək övladı olan oğlunun ailə vəziyyətini nəzərə alıb hərbi xidmətini Biləcəridə yerləşən Daxili Qoşunun hərbi hissəsində davam etdirsin.
Mətbuat olaraq, Ananın bu xahişini işıqlandırmağı özümüzə borc bildik və bizdə bu xahişə qoşuluruq.
Azərbaycan polisi son illərdə ciddi yenilənməsi, təkamülü və sıravi polislərdən tutmuş, generallara qədər bütün səviyyələrdə mərhələli fəaliyyət təminatı baxımından ölkənin sütunlarından sayılacaq qüruma çevrilib.44 günlük Vətən Müharibəsi sadəcə, xalqın və Silahlı Qüvvələrin düşmənlə mübarizəsi, işğal altında olan torpaqlarımızın azadlığa qovuşması üçün cəngi olmadı.
Həmin günlər Azərbaycan polisinin də ən geniş miqyasda, fərqli formalarda və ən mürəkkəb şəraitlərdə sınağa çəkildiyi zaman oldu.Qarabağın azadlığı təşnəsində olan əsgərlərimizin polad səfləri düşmən atəşi altında azacıq seyrələn kimi o sıralara, müzəffər ordumuzun yanına, döyüşə can atan əsgərlərlə çiyin-çiyinə durulacaq məkanlara Azərbaycan polisinin elitar hissələri yeridi.İşğaldan azad edilən torpaqlar düşməndən qurtulan kimi orada Azərbaycan polisi Vətən növbəsinə başladı.
Təmkinli, cəsur, sayıq, ciddi, qanunların az qala hərfinə riayəti tələb edən polislər hələ də alov saçan o torpaqlarda Azərbaycan qanunlarının bərqərarını təmin etməkdədirlər.
Biz Polisimizlə Fəxr Edirik,Yaşasın Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev.